Çay içənlər daha yaradıcı olurlar


Digərləri 18 Yan 2018 22:35:00 246 0

Çay içənlər daha yaradıcı olurlar

"The Independent" yeni elmi tədqiqata əsasən yazır ki, çay insanın zehni aydınlığını və diqqətini artırır, onu habelə daha yaradıcı edir.

Onların fikrincə, diqqətliliyi və ayıqlığı artıran, çayın tərkibindəki teanin və kafein maddələridir.

Son.az BBC-yə istinadən bildirir ki, tədqiqatçıların iddiasına görə, çay onu içdikdən az qala dərhal sonra zehni qabiliyyəti yaxşılaşdırır.

"Food Quality and Preference" elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, Çindəki Pekin Universitetinin psixoloqları orta yaşları 23 olan 50 tələbənin iştirakı ilə təcrübə keçiriblər.

Onlara qavrama və yaradıcılığa dair test sualları verməzdən əvvəl bu tələbələrin bir yarısına çay, digər yarısına isə adi su içirdiblər.

Birinci test zamanı tələbələr kubiklərdən "cəlbedici və yaradıcı" tikili qurmalı idilər. İkinci test zamanı isə onlardan fantastik əriştə restoranına ad qoymaq xahiş edilirdi.

Nəticələri bu sınaqlarda ümumiyyətlə iştirak etməyən tələbələr qiymətləndiriblər.

Orta hesabla çay içənlər yaradıclıq reytinqində 6, 54 bal, su içənlər isə 6, 03 bal toplayıblar.