Avropanın mərkəzində qiyam: məhbuslar qayıtmaq istəmir


Digərləri 18 Yan 2018 22:06:00 274 0

Avropanın mərkəzində qiyam: məhbuslar qayıtmaq istəmir

Maraqlısı odur ki, eyni həbsxanada 3 gün əvvəl də problem yaşanmışdı

Fransanın paytaxtı Parisin cənubundakı "Fleury-Merogis" həbsxanasında üsyan olub. Həbsxanada saxlanılan 120 məhbus kameralara qayıtmaqdan imtina edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu səbəblə polis əməliyyata başlayıb.

Həbsxana rəhbərliyi hər hansı ciddi hadisə yaşanmadığını, sadəcə olaraq məhbusların konkret olaraq nə tələb etdiyini bilmədiklərini söyləyib.

. Gözətçilər məhbusların onlarla pis rəftar etdiyini, işçi çatışmazlığını səbəb gətirərək aksiya keçirmişdi.