Yevlaxda 43 yaşlı kişi kürəyindən bıçaqlandı


Digərləri 18 Yan 2018 21:02:00 234 0

Yevlaxda 43 yaşlı kişi kürəyindən bıçaqlandı

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayon sakini, 1974-cü il təvəllüdlü Fərəc Hacıyev naməlum şəxslərlə mübahisə edib. Həmin şəxs onu kürək nahiyəsindən bıçaqlayıb.

Yaralı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.