Niderland və Belçikada qasırğa 4 nəfəri öldürdü


Dünya 18 Yan 2018 19:42:00 245 0

Niderland və Belçikada qasırğa 4 nəfəri öldürdü

Niderland və Belçikada gecə saatlarından başlayan güclü küləklə müşayiət olunan qasırğa ciddi fəsadlara və insan tələfatına yol açıb.

Son.az Trend-ə istinadən bildirir ki, qasırğa nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib.

Məlumata görə, Niderlandda 3 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Bir nəfər isə Belçikada təbiət hadisəsinin qurbanı olub.