Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb


Digərləri 18 Yan 2018 17:56:00 234 0

Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb

Əvvəlki illə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb.

Bakı. Samir Əli - Bakıda qəsdən adam öldürmə cinayətlərinin 92,9 faizi açılıb. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri Ramil Usubovun iştirakı ilə İdarənin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.