Vasifi oğlurluqda ittiham edənin özü oğru çıxdı


Digərləri 18 Yan 2018 17:16:00 261 0

Vasifi oğlurluqda ittiham edənin özü oğru çıxdı

Bəstəkar Çingiz Əliyevin əməkdar artist Vasif Məhərrəmlini "Çimnaz xanım" mahnısını icazəsiz ifa etdiyi üçün məhkəməyə verdiyi haqda məlumat vermişdik.

Son.az xəbər verir ki, ötən gün ATV telekanalında "Bizimləsən" verilişində şok faktın üstü açılıb. Verilişdə əyləşən xalq artisti Zeynəb Xanlarova 1996-cı ildə yazıldığı deyilən sözügedən mahnını 1992-ci il və ondan da qabaqlar toylarda ifa etdiyini bildirib. 

Vaxtı ilə Elnarə Abdullayeva və hal-hazırda Gülyanaq Məmmədova ilə çalışan tarzən Mehman Hacıbəylinin studiyaya gəlişi bütün fikirləri alt-üst edib. 

Mehman Hacıbəyli Çingiz Əliyevin "mənim mahnımdır" dediyi "Çimnaz xanım" mahnısının bəstəkarının əslində Cabbar Qaryağdıoğlu olduğunu sübut edib. 

Verilişdən həmin kadrları təqdim edirik:


Xəbərə aid fotolar