Azərbaycan xaricdən eşşək almaqdan imtina etdi


Digərləri 18 Yan 2018 14:41:00 256 0

Azərbaycan xaricdən eşşək almaqdan imtina etdi

2016-2017-ci illərdə Azərbaycana uzunqulaq idxal edilməyib.

Son.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanovun sözlərinə görə, 2017-ci ildə ölkədə 35 816 baş uzunqulaq mövcud olub:

"2014-cü ildə respublikada 39 992 baş, 2015-ci ildə 35 816 baş uzunqulaq olub. 2016-cı ildə uzunqulaqların sayı 34 068 baş təşkil edib. 2017-ci il üzrə dəqiq statistika isə cari ilin fevral ayında əldə ediləcək".