Qəza törədib qaçan sürücü tutulub


Digərləri 18 Yan 2018 14:28:00 235 0

Qəza törədib qaçan sürücü tutulub

Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 23 radələrində Talalar kəndi ərazisində yolu keçən Tülü kənd sakini Nurlan Sabirovun müəyyən edilməyən avtomobillə vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi məlum olub.