Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir


Digərləri 18 Yan 2018 12:45:00 263 0

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bunun üçün ali təhsilin keyfiyyəti yüksəldilməli, qlobal təhsil məkanına inteqrasiya təmin olunmalı, ali təhsilli kadrlara tələbat ödənilməli, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndirilməlidir.