Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü


Dünya 18 Yan 2018 11:35:00 273 0

Bitkoinin qiyməti yenə yuxarı sürət götürdü

Dünyada ən populyar kriptovalyuta ötən günlər dəyəri 10 min dollardan aşağı düşdükdən sonra bu gün yenidən yüksəlməyə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bitkoinin qiyməti 2017-ci ilin noyabrından ilk dəfə bu dərəcədə aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,37 faiz və ya 11,38 min dollaradək bahalaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 1,33 faiz (11,16 min dollaradək), GDAX-da isə 1,72 faiz (11,21 min dollaradək) bahalaşıb.