Tbilisi meriyasının binasında yanğın olub


Dünya 18 Yan 2018 11:17:34 261 0

Tbilisi meriyasının binasında yanğın olub

Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat yayılmayıb

Tbilisi meriyasının binasında yanğın olub.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Agentliyi məlumat yayıb.

Yanvarın 18-də səhər saatlarında baş verən hadisə nəticəsində binadakı əşyalar və bir neçə kvadratmetr sahə yanıb.

Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat yayılmayıb.

Yanğın söndürülüb.