Qorxulu kadrlar: balıq tuturdular, ölümdən qurtuldular VİDEO


Digərləri 18 Yan 2018 11:08:00 339 0

Qorxulu kadrlar: balıq tuturdular, ölümdən qurtuldular  VİDEO

Brayan Maessin 6 metr uzunluğundakı, indiyədək ona "sədaqətlə" xidmət edən motorlu qayığı xurd-xəşil olub. Qayığı Marlin Li Larsenin 12 metr uzunluğundakı kateri vurub.

Son.az KBC-yə istinadən bildirir ki, olay ABŞ-ın Oreqon ştatındakı Kolumbiya çayında baş verib.

Maess dostları Kristofer MakMehon və Roni Daremlə birlikdə qayıqda balıq tutarkən onlara tərəf böyük katerin sürətlə yaxınlaşdığını görüblər.

Qayıqla katerin toqquşacağını anlayan Maess "Dayan! Saxla kateri!" qışqırıb, amma bir nəticə hasil olmayıb.

Çarəsiz Maess və dostları ölümdən qurtulmaq üçün buz kimi suya atılıblar.

Maess Larsseni məhkəməyə verib və ondan 372500 dollar məbləğində təzminat tələb edib.

Larsenin dediyinə, katerin qarşısında qayığın olduğunu görməyib.


Xəbərə aid fotolar