Məşhur marketdən bahalı viski oğurlayanlar saxlanıldılar


Digərləri 18 Yan 2018 10:32:00 282 0

Məşhur marketdən bahalı viski oğurlayanlar saxlanıldılar

Bakıda "Kontinental Supermarket"dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədəd viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb. 

Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Tamerlan Cabbarov, 1980-cı il təvəllüdlü Emin Babayev və 1996-cı il təvəllüdlü Gülnarə İsmayılova saxlanılıb.