Çində ən güclü superkompüter hazırlanır


Digərləri 18 Yan 2018 08:05:00 223 0

Çində ən güclü superkompüter hazırlanır

Çin alimləri 2020-ci ilədək hesablama gücü saniyədə kvintillion əməliyyat yerinə yetirməyə imkan verəcək "Tyanhe-3" superkompüteri üzərində aparılan işləri yekunlaşdırmağı planlaşdırırlar.

Son.az ICTnews-a istinadən bildirir ki, saniyədə kvintillion əməliyyat olduqca böyük göstəricidir və indi dünyada heç bir ölkədə bu qədər sürətli superkompüter yoxdur. Çin daha sürətli superkompüterlər yaratmaqla, Yaponiya və ABŞ-ı geridə qoymaqla superkompüter yarışında liderlik etməyə davam edir. Ən vacib odur ki, superkompüterlər həmişə müxtəlif sahələrdə tətbiq edilir. Məsələn, bir neçə  il bundan əvvəl istifadəyə verilmiş "Tyanhe-1" superkompüteri müxtəlif şəhərlərdən 1600 tədqiqat komandasına xidmət göstərir və Çinin 1200 innovativ layihəsini həyata keçirməyə kömək edir.

ABŞ tərəfindən çiplərin Çin superkompüterləri üçün ixracına qoyulmuş qadağaya baxmayaraq, çinlilər tezliklə öz çiplərini yaratmağa müvəffəq olublar və buna görə superkompüterlərin hesablama gücünün artırılması davam edir.