Səslə idarə olunan televizor göstərildi


Digərləri 18 Yan 2018 07:51:00 275 0

Səslə idarə olunan televizor göstərildi

Çinin "Xiaomi" şirkəti "Mi TV 4A" televizorunun 50 düymlük yeni modelini təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni model "4K" (3840x2160 piksel) təsvir ölçüsünü və "HDR10+ HLG" standartını dəstəkləyir. Televizora, həmçinin  "Dolby Audio" və "dtsHD" stereodinamikləri quraşdırılıb.

Məsafədən idarəetmə pultu səsli daxiletmə funksiyasını dəstəkləyir. Bu, "Smart TV" proqramlarını daha asan idarə etməyə imkan verir.

"Mi TV 4A" televizoru 3 "HDMI" və 2 "USB" portuna malikdir, "Ethernet", "Bluetooth 4.2", 2 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Televizorda "beyin" rolunu dördnüvəli "Amlogic L962" prosessoru həyata keçirir.