Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib


Dünya 18 Yan 2018 00:42:19 298 0

Tramp Rusiyanın ünvanına ittihamlar səsləndirib

“Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlər beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildiririb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyaları “keçirmək” üçün yardım edir.

“Report” xəbər verir ki, bu barədə "Qazeta.ru" "Reuters"ə istinadən xəbər verir.

“Rusiya bizə Şimali Koreya ilə bağlı heç kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, “Reuters” bir müddət əvvəl Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib.