Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə işçilərin maaşı artırılıb


Digərləri 17 Yan 2018 23:54:00 293 0

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə işçilərin maaşı artırılıb

Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"ndə dəyişikliklər edib. 

Son.az APA-ya istinadən xəbər verir ki, qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, 121, 126 və 132 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib. 

Dəyişikliyə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı artırılıb. Əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130, 132, 134 və 136 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.