Sərxoş polis "Porsche" ilə Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpılıb


Dünya 17 Yan 2018 21:06:00 288 0

Sərxoş polis "Porsche" ilə Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpılıb

Astanada sərxoş polis əməkdaşı idarə etdiyi "Porsche Cayenne" markalı avtomobili Qazaxıstan prezidentinin iqamətgahının hasarına çırpıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Astana Daxili İşlər Departamentinin (DİD) mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, qəza zamanı avtomobildə sərnişin qismində olan Astana DİD-in yüksək rütbəli zabiti hadisə yerindən qaçıb.


Xəbərə aid fotolar