Bərdədə “Kölgə” lər danışdı (FOTO)


Digərləri 17 Yan 2018 20:30:00 294 0

Bərdədə “Kölgə” lər danışdı (FOTO)

“Kölgə” tamaşası Bərdə şəhərində nümayiş etdirilib.

Bakı. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə “Kölgə” tamaşası Bərdə şəhərində nümayiş etdirilib. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olan Emiliya Bayramovanın “KÖLGƏ” tamaşasının əsas məqsədi məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, qadına şiddət haqqında ictimai fikirdə dəyişiklik yaratmaq, bu sahəyə ictimaiyyətin diqqətini cəlb etmək və cəmiyyətdə insanların bu problemi daha düzgün dərk etmələrinə nail olmaq, eyni zamanda da məişət zorakılığının qurbanı olan şəxslərin sosial müdafiəsidir.