Litvalı nazir Azərbaycanın "Vikinq" dəmir yolu layihəsində iştirakı barədə danışdı


Digərləri 17 Yan 2018 18:53:00 239 0

Litvalı nazir Azərbaycanın "Vikinq" dəmir yolu layihəsində iştirakı barədə danışdı

"Azərbaycanın "Vikinq" dəmir yolu layihəsində iştirakı konteyner qatarlarının marşrutunu uzaq Asiya ölkələrinədək genişləndirəcək".

Son.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibədə Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu layihəyə cəlb olunması Qazaxıstan və Çin məhsullarının ixracı üçün alternativ marşrut imkanı təqdim edəcək.

Nazir qeyd edib ki, "Vikinq" layihəsi hər bir iştirakçının ticarət və nəqliyyat potensialını artıracaq.