Məşhur Avropa çempionlarımız qumarxanada FOTO


Digərləri 17 Yan 2018 18:20:00 221 0

Məşhur Avropa çempionlarımız qumarxanada  FOTO

Şahmat üzrə Azərbaycan millisinin üzvləri Eltac Səfərli və Qədir Hüseynov "Topaz"ın ümidinə qalıblar.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, hər iki şəxs ötən gün Bakıda fəaliyyət göstərən "Topaz" məntəqəsində görüntülənib.

Təxminən 19:00 radələrində mərc məntəqəsinə üz tutan şahmatçılar burada tennis üzrə mərc ediblər. Onların mərc etdikləri oyun kuponu üzrə qazanc əldə edib-etmədikləri dəqiq bilinməsə də, milli üzvlərinin "Topaz"ın ümidinə qalmaları böyük sual doğurur.

Nəzərə alaq ki, hər iki şəxs, xüsusən də millimizin kapitanı Eltac Səfərli Azərbaycan idman camiəsində kifayət qədər tanınır. Belə olan halda milli üzvləri atdıqları addımlara da diqqət yetirməlidirlər.


Xəbərə aid fotolar