Xalq artisti vəfat etdi


Digərləri 17 Yan 2018 17:58:00 236 0

Xalq artisti vəfat etdi

Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya rəqqasın nəvəsi Kərim Qambayzadə  məlumat verib. 

Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah "Təzə Pir" məscidində baş tutacaq. 

Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.

Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə "Cücələrim" rəqs ansamblına rəhbərlik etməyə başlayıb.