Ötən il Azərbaycanda onların gəliri 856 milyon manatdan çox olub


Digərləri 17 Yan 2018 17:49:00 215 0

Ötən il Azərbaycanda onların gəliri 856 milyon manatdan çox olub

2017-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 724,6 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.