Ermənistan prezidentliyinə yeni namizədin adı məlum oldu


Dünya 17 Yan 2018 17:12:00 216 0

Ermənistan prezidentliyinə yeni namizədin adı məlum oldu

Ermənistan prezidentliyinə yeni namizədin adı açıqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, bu posta Yerevanın Britaniyadakı səfiri Armen Sarqsyanın namizədliyi irəli sürüləcək.

Onun artıq Ermənistanda olduğu, son günlər bir neçə görüş keçirdiyi bildirilib. Xüsusilə hazırkı prezident Serj Sarqsyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə görüşürlər.

A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. 

64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər.

A.Sarqsyanın namizədliyinin hakim "Ermənistan Respublikaçılar Partiyası"ndan irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da adı namizədlər sırasında hallanır.