Azərbaycanda hepatit B və Cyə yoluxanların sayı artıb


Digərləri 17 Yan 2018 16:40:00 294 0

Azərbaycanda hepatit B və Cyə yoluxanların sayı artıb

Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə pedikulyoz, viruslu hepatit B və C, skarlatina, bruselyoz, su çiçəyi, sifilis, ağciyər vərəmi ilə xəstələnənlərin sayında artım müşahidə olunur.

Ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalıb.

Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb.