Şəmkir sakini güllələndi


Digərləri 17 Yan 2018 15:17:00 254 0

Şəmkir sakini güllələndi

Şəmkirdə silahlı insident olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb. 

Güllə yarası alan M.Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.