Kəramət Böyükçöl: "Xəlil Rzanın və onun şəhid oğlunun ruhundan üzr istəyirəm" FOTO


Digərləri 17 Yan 2018 13:07:56 340 0

Kəramət Böyükçöl: "Xəlil Rzanın və onun şəhid oğlunun ruhundan üzr istəyirəm"  FOTO

Bir neçə gün öncə sosial şəbəkədə status paylaşaraq Xəlil Rza Ulutürkü təhqir edən gənc yazar Kəramət Böyükçöl etdiyi hərəkətə görə üzr istəyib. Son.az xəbər verir ki, Kəramət paylaşdığı postda bu sözləri yazıb:

"Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı.Sərt reaksiyalar göstərildi.Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yanlış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbriz Xəlilbəylinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir"

Kəramətin ilk yazdığı status belə idi:

"Onun təfəkkürü gic-gic şüarlardan o tərəfə keçə bilmirdi" - gənc yazar Xəlil Rza Ulutürku aşağıladı

"Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü.