Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar FOTO


Digərləri 17 Yan 2018 12:44:54 260 0

Avstriyalı mütəxəssislər alpinistlərin axtarışlarını dayandırdılar  FOTO

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışlarında iştirak edən Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri bir neçə gündən sonra axtarışları dayandıraraq ölkəmizi tərk edib.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, itkin düşmüş alpinistlərin tapılması istiqamətində aparılan axtarış-xilasetmə işlərində avstriyalı mütəxəssislərin bilik və təcrübələrini bölüşüblər. Sonrakı günlərdə xarici mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup jurnalistlə görüşüb, onlara bəzi açıqlamalar verib. 

Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer jurnalistlərə bildirmişdi ki, bu vaxtlar axtarış aparmaq çox risklidir.

 

Xəbərə aid fotolar