Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir


Şou-biznes 17 Yan 2018 12:34:00 253 0

Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bəstəkar müğənnini oğurluqda ittiham edib.

Ç.Əhmədov "Bizimləsən" verilişində bildirib ki, Məhərrəmli mahnıda icazəsiz dəyişiklik edərək öz adına çıxıb:

"Çimnaz xanım" mahnısını yazmışam. Dəyişdirib, edib "Ay xanım" və özününkü kimi təqdim edir. Onun bu dəyişikliyə ixtiyarı yoxdur. Bunun üçün məndən icazə almalıydı. Dekabrın 28-də Vasifə zəng etdim, dedim. Amma qayıtdı ki, mahnına ikinci həyat vermişəm, mənə minnətdar ol.