Sanaviasiya xətti ilə regionlarda aparılmış əməliyyatların sayı 4 dəfə artıb


Digərləri 17 Yan 2018 11:07:00 357 0

Sanaviasiya xətti ilə regionlarda aparılmış əməliyyatların sayı 4 dəfə artıb

Ötən il sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayı 2016-cı illə müqayisədə 4 dəfə artıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, analoji göstərici 2016-cı ildə 9, 2017-ci ildə isə 36 təşkil edib. Regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir.