Kamran Əliyev: Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb


Digərləri 17 Yan 2018 10:58:52 216 0

Kamran Əliyev: Korrupsiyaya görə 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb.

Bakı. Elçin Mehdiyev – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb. Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib. K.Əliyev ildirib ki, həmin şəxslərin 7 nəfərinə xəbərdarlıq edilib, digər 20 nəfər barəsində iş məhkəməyə göndərilib, inzibati cəza tədbirləri görülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin