Samiraldo ilə tropik quşunun qışqırığı, meymunun çəngəllə tort yeməsi... – FOTO


Digərləri 17 Yan 2018 10:35:00 364 0

Samiraldo ilə tropik quşunun qışqırığı, meymunun çəngəllə tort yeməsi... – FOTO

Ötən gün tanınmış sənətçilər və onların övladlarının iştirakı ilə maraqlı anlar yaşanıb.

Son.az-ın məlumatına görə, Xırdalan şəhərində "AAAF Park" kompleksində yerləşən canlı heyvanlarla təmas qura biləcək ideal məkan olan "Zooland" heyvanxanasının açılış mərasimi keçirilib. Təşkilatçı və adıçəkilən məkanın marketinq meneceri Lətafət Cəfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə stilist Samiraldo (Samir Əliyev), əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənnilər Aytac Vidadiqızı, Aygün Ağayeva, Məcid Şamiloğlu, o cümlədən balaca Nuray və valideynləri iştirak ediblər.

L.Cəfərova bildirib ki, "Zooland"in fəaliyyət göstərməsində məqsəd uşaqları pis vərdişlərdən uzaq tutmaq, xüsusilə saatlarla kompüter qarşısında olmaqdan ayırmaqdır: "Burada uşaqlar nəzarətçilər sayəsində canlı heyvanlarla təmas quracaqlar və heyvanlara qarşı sevgi hissiylə yanaşacaqlar. Bu da onlara xoş təsir bağışlayacaqdır. Uşaqlarda heyvanlara qarşı mənfi fikirlər formalaşmasın deyə, onlar maarifləndiriləcəklər".


Xəbərə aid fotolar