Təsadüfi səhvlərin tarixə təsiri MARAQLI FAKTLAR FOTO


Digərləri 17 Yan 2018 07:28:00 501 0

Təsadüfi səhvlərin tarixə təsiri  MARAQLI FAKTLAR  FOTO

Bu gün gördüyümüz işlərin, yediyimiz qidaların, gündəlik həyatda istifadə etdiyimiz bir sıra əşyaların-geyimlərin, aksesuarların, məişət avadanlıqlarının, texnologiya məhsullarının və hətta müharibələrin belə hər birinin maraqlı tarixçəsi var.

Son.az bəzi məhsulların maraqlı yaranma tarixini təqdim edir:

1. "Sezar" salatı - Əksəriyyətimizin sevimli seçimi olan məşhur "Sezar" salatının maraqlı tarixi var. Belə ki, 1924-ci il iyul ayının 4-ü Meksikada yerləşən restoranların birində güclü kef məclisləri keçirilirdi. Alkoqoldan yoxsulluq çəkməsələr də, qida ehtiyatı ilə bağlı ciddi problemlər yaşanırdı. Demək olar ki, qida ehtiyatı bitmişdi. Belə bir məqamda restoranın sahibi Sezar Kardinin ağlına maraqlı bir ideya gəlir. Əldə qalan məhsullarla elə bir qarışım hazırlamalı idi ki, onun dadını hələ heç kim bilməsin. Restoranın mətbəxində kahı, buğda çörəyi, pendir, pomidor, zeytun yağı, sarımsaq, limon şirəsi və yumurta tapan Sezar aşpazlıq edərək dünyada ilk dəfə "Sezar" salatını hazırlayıb. Resept illər sonra müəyyən dəyişikliklərə uğrayaraq, günümüzə qədər gəlib çatıb. Restoranlarda təklif olunan həmin "Sezar" salatıdır ki, içərisinə hisə verilmiş toyuq və balıq əti də əlavə olunur.

2. Çaxır və bənzəri içkilərlə dolu butulkalara taxılan tıxacın funksiyası içkinin qıcqırmasının qarşısını almaqdır. XVII əsrin ortalarında venedikli kahin Piyer Perinon kilsədə istehsal olunan çaxırların qıcqıraraq köpükləməsinin qarşısını almağın yollarını araşdırıb. İstehsal olunan şərablar iri çəlləklərə doldurulurdu və müəyyən müddətdən sonra keyfiyyətini itirirdi. Çaxırlarla dolu çəlləklərin yarıdan çoxunun faydasız hala düşdüyünü görən kahin çox fikirləşir və nəhayət maraqlı üsul tapır. O, istehsal olunan çaxırları iri çəlləklərə yox kiçik şüşə butulkalara dolduraraq ağızlarına taxta tıxaclar qoyur. Tıxaclar hava girişinin qarşısın alaraq içkilərin daha uzun müddət saxlanılmasına kömək edir.


Xəbərə aid fotolar