Bakıda 2 otaqlı mənzil yanıb, azyaşlı tüstüdən zəhərlənib


Digərləri 17 Yan 2018 01:32:00 244 0

Bakıda 2 otaqlı mənzil yanıb, azyaşlı tüstüdən zəhərlənib

Bakı şəhərində yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.