Yeni aldığı "İphone"unu itirən qadın dava saldı VİDEO


Digərləri 16 Yan 2018 22:40:00 268 0

Yeni aldığı "İphone"unu itirən qadın dava saldı  VİDEO

Amerikanın Kaliforniya ştatında bir qadın kafedə kütləvi davaya səbəb olub. İddialara görə, o yeni aldığı "İphone 10"-u burada itirib.

Son.az xəbər verir ki, ştatının Nyuark şəhərindəki kafelərdən birində qanlı dava düşüb. Belə ki, qadın telefonun xüsusi "Find My iPhone" axtarış sistemi vasitəsilə itirdiyi mobil telefonunun kafenin yerləşdiyi ünvanda olduğunu təsbit edib. Kafeyə yaxınlaşan qadın ofisiantlara və rəhbərliyə burada unudulmuş telefon tapıb-tapmadıqlarını soruşub. Yox cavabı alan qadın qəzəblənib və dava salıb.

Telefon sahibi sistemi göstərərək telefon siqnalının məhz burada olduğunu desə də, kafe sahibləri qadını ərazidən uzaqlaşdırmağa cəhd ediblər.

Qadının kafedəkiləri oğru adlandırması müştərilər arasında kütləvi davaya səbəb olub. Nəticədə, 20 nəfər bir-biri ilə əlbəyaxa olub. Mübahisə zamanı müştərilərdən biri qadının saçını yolaraq döşəməyə töküb.

Əraziyə çağrılan polis mübahisə edən hər kəsi həbs edib. Axtarış nəticəsində məlum olub ki, telefonu kafenin aşbazı götürüb və mətbəxdə gizlədib.