Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı


Digərləri 16 Yan 2018 22:34:00 324 0

Dünyada ilk: 8 ton ağırlığında plov hazırlandı

Özbəkistanın Surxandərya vilayətinin Denauy rayonunda dünyada ilk dəfə 8 ton ağırlığında plov hazırlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, plovun hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib.

Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən "Ozbeqim" Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb, diametri 4,2 metr, ağırlığı 7 tondur.