Şəhidlər xiyabanında ümumxalq ziyarətinə hazırlıqlar başladı VİDEO


Digərləri 16 Yan 2018 21:45:00 259 0

Şəhidlər xiyabanında ümumxalq ziyarətinə hazırlıqlar başladı  VİDEO

20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə start verilib. Son.az bildirir ki, hazırlıq işləri Bakı şəhər İcra hakimiyyəti tərəfindən aparılır. Məqsəd 20 yanvar gününə qədər şəhidlər xiyabanını çoxminlik ziyarətçilərin gəlişinə hazırlamaqdır.

Şəhidlər Xiyabanının girişində güllər vasitəsiylə böyük həcimli 20 və qərənfil kompozisiyası əks olunacaq. Tünd qırmızı qərənfillər yazının aydın oxunması üçün istifadə olunur. Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarından gətirilib.

Hazırlıq işləri çərçivəsində işıq dirəklərinin kənarları və səkilər qərənfillə bəzədilib. Faciə gününə bir neçə gün qalsa da indidən ziyarətə gələnlər var.