Ərəblər Azərbaycanda hotel biznesi qurmaq istəyirlər


Digərləri 16 Yan 2018 20:23:00 306 0

Ərəblər Azərbaycanda hotel biznesi qurmaq istəyirlər

Ərəb investorları Azərbaycanda hotel biznesinə, xüsusilə "ekonom" seqmentində hotellərə maraq göstərir.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə hələlik Azərbaycanda hotellərin satın alınması barədə faktlar olmayıb: "Bizdə hansısa Azərbaycan hotelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar "ekonom" kateqoriyalı - iki və üçulduzlu hotellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb".