Energetika Nazirliyində yeni kitabın təqdimatı keçirilib (FOTO)


Digərləri 16 Yan 2018 19:56:00 243 0

Energetika Nazirliyində yeni kitabın təqdimatı keçirilib (FOTO)

Energetika Nazirliyində “SMART market (Elektroenergetika - islahatlar və intellektual bazar)” kitabının təqdimatı keçirilib.

Bakı. Energetika Nazirliyində nazirliyin tabeliyində olan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin baş energetiki, mühəndis Tahir Cəfərovun “SMART market” (Elektroenergetika - islahatlar və intellektual bazar) adlı kitabının təqdimatı keçirilib. Tədbiri açan energetika nazirinin müavini Gülməmməd Cavadov kitabı Azərbaycanda elektrik enerjisi sektorunda bazar münasibətlərinin formalaşmasına dəstək verəcək dəyərli əyani vəsait kimi qiymətləndirilib. Bildirilib ki, hazırda effektiv elektroenergetika bazarının yaradılması istiqamətində Avropa təcrübəsinə istinad edilməsi və bu təcrübənin Azərbaycanda həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazasının yaradılması mühüm prioritetlərdəndir. Kitab bu məqamları əks etdirməsi baxımından əhəmiyyətli mənbədir. Kitab haqqında ətraflı məlumat verən müəllif intellektual bazardan bəhs edən bu vəsaitin oxucunu Avropada elektroenergetika sahəsində aparılan islahatların təcrübəsi ilə yanaşı, respublikanın energetika sektorunda yaradılmış mövcud imkanlar daxilində Avropa Direktivinə uyğun gələcək islahatların mümkün istiqamətləri ilə tanış etmək məqsədi daşıdığını qeyd edib.