Sabah paytaxtın əksər hissəsində qaz olmayacaq - Yasamal, Nəsimi, Xətai...


Digərləri 16 Yan 2018 19:03:00 217 0

Sabah paytaxtın əksər hissəsində qaz olmayacaq - Yasamal, Nəsimi, Xətai...

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Bakı. Bakının Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş diametri 325 və 200 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının eləcədə qeyri-qanuni qoşulmaların ləğvi ilə əlaqədar, yanvar ayının 17-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai,Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.