İlahə Fəda ağladı: "Dayana bilmirəm, bülbülüm qəfəsdədir"


Şou-biznes 16 Yan 2018 18:12:00 289 0

İlahə Fəda ağladı: "Dayana bilmirəm, bülbülüm qəfəsdədir"

Hazırda həbsxanada olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda ailə durumlarının ağır olduğunu deyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Səni axtarıram" verilişinə qonaq olan sənətçi bildirib ki, restoran müdirləri onu tədbirlərdən uzaqlaşdırır. Bacısından söz açan İlahə göz yaşlarını saxlaya bilməyib:

"Fədayənin kriminal aləmlə əlaqəsi və həbs olunması məni bu günə qoyub. Bacımı qınayanlara demək istəyirəm ki, səbəbi araşdırsınlar. Bacımdan utanmıram. Bilirəm ki, özü getməyib. Səbəbkarlar olub. Dayana bilmirəm, bülbülüm qəfəsdədir (ağlayır). Fədayə elə gözəl şeirlər yazır. Neçə il əvvəl ağır depressiyada idim. Fədayə mənə şeir yazdı. 31 dekabr günü məni cənub bölgəsində şou-proqrama çağırmışdılar. Hazırlaşıb yola düşəndə zəng etdilər. Administrator deyir ki, müdir sizin adınızı görəndə söylədi ki, "Onu çıxarın, bizə problemli adam lazım deyil". Mənim nə problemim olub? Anam 33 yaşından xəstədir, indi nələr çəkir bilirsiz?".

İ.Fəda müğənni Tacir Şahmalıoğlu ilə bağlı sualları cavablandırıb. İfaçı bildirib ki, bir vaxtlar bacısına dost olanlar indi onları yada salmır: