Kosovada serbiyalı siyasətçi güllələndi, iki ölkə arasında danışıqlar dayandırıldı


Dünya 16 Yan 2018 16:55:00 276 0

Kosovada serbiyalı siyasətçi güllələndi, iki ölkə arasında danışıqlar dayandırıldı

Kosovada serblərin "Azadlıq, Demokratiya, Həqiqət" partiyasının lideri Oliver İvanoviç güllələnib.

Son.az Trend-ə istinadən bildirir ki, siyasətçi partiya binasına daxil olarkən sinəsinə 5 dəfə atəş açılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Qətldən sonra Avropa İttifaqında Serbiya və Kosova arasında danışıqlar dayandırılıb.