Şamaxı İcra Hakimiyyəti: Püskürən palçıq vulkanının yaşayış məntəqəsinə təhlükəsi yoxdur


Digərləri 16 Yan 2018 16:08:00 224 0

Şamaxı İcra Hakimiyyəti: Püskürən palçıq vulkanının yaşayış məntəqəsinə təhlükəsi yoxdur

Şamaxı rayonunun Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə hüç bir təhlükəsi yoxdur.

Bakı. Samir Əli - Şamaxının Quşçu kəndində püskürən palçıq vulkanının əhaliyə və əkin sahələrinə heç bir təhlükəsi yoxdur. Bu barədə Trend-ə açıqlamasında Şamaxı İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib. Qurum sözçüsü bildirib ki, əraziyə baxış keçirilib və proses nəzarətdə saxlanılır: "Həcminə görə çox kiçik vulkandır. Həmin ərazidə ildə bir dəfə belə püskürmə olur və heç bir təhlükəsi yoxdur. Bir neçə gün əvvəl də belə bir hadisə olub, palçıq vulkanı püskürüb. Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Nazirlik də məsələni nəzarətdə saxlayır, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı da. Hazırda vulkanda hər hansı bir aktivlik, təhlükə hiss olunmur".