Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu qəzada öldü


Dünya 16 Yan 2018 14:55:00 258 0

Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu qəzada öldü

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "news.am" saytı xəbər yayıb.

Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. "Kia Sorento" markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb. Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.