UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir


Digərləri 16 Yan 2018 14:55:56 233 0

UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir

Bu il UNICEF Azərbaycan uşaqları naminə fəaliyyətinin 25 illiyini qeyd edir.

Bakı. Bu il UNICEF Azərbaycan uşaqları naminə fəaliyyətinin 25 illiyini qeyd edir. Trend-in məlumatına görə, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin deyib ki, UNICEF əksəriyyəti gənclər olan Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə Azərbaycandakı dörddə bir əsrlik fəaliyyətini qeyd etməkdən qürur duyur: “Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etməyə davam etdiyi üçün UNICEF bütün uşaqların həyatda bərabər imkanlara, şanslara malik olduğu və öz hüquqlarına eyni hörmətlə yanaşıldığı gələcəyə nail olmaq arzusuna sadiq olaraq qalır”. UNICEF Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlamışdır. Azərbaycanın müstəqilliyinin ilk illərində UNICEF-in proqramları həm təxirəsalınmaz humanitar ehtiyaclara, həm də milli inkişaf prioritetlərinə yönəlmişdi. 25 il əvvəl bu prioritetlər arasında qarşısı alına bilən xəstəliklər əleyhinə peyvəndləmə, uşaq və anaların sağlamlıq və qidalanmasının yaxşılaşdırılması, təhlükə altında olan uşaqların qorunması vardı.