Bakıda məşhur pianoçu Çingiz Sadıxovla vida mərasimi keçirilir (FOTO)


Digərləri 16 Yan 2018 13:24:32 264 0

Bakıda məşhur pianoçu Çingiz Sadıxovla vida mərasimi keçirilir (FOTO)

Bakının "Təzəpir" məscidində məşhur azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir.

Bakı. Cani Babayeva - Bakının "Təzəpir" məscidində məşhur azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir. Trend-in məlumatına görə, mərasimdə tanınmış ictimai, mədəniyyət, incəsənət və elm xadimləri, sənətkarın qohumları və yaxınları iştirak edirlər. Ç.Sadıxov Bakıda II Fəxri xiyabanda dəfn olunacaq. Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.