Qərar verildi: Rohincalılar geri qayıdacaqlar


Dünya 16 Yan 2018 12:48:00 319 0

Qərar verildi: Rohincalılar geri qayıdacaqlar

Banqladeş hökuməti Myanmadan qaçmış Rohinca müsəlmanlarını iki il ərzində geri qaytarmaqda kömək edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Banqladeş və Myanma hökumət nümayəndələri arasında danışıqların yekununda verilən bəyanatda deyilir.

Bəyanatda rohincaların repatriasiyasının nə zaman başlayacağı qeyd olunmayıb.

Eyni zamanda Myanma hökuməti geri qayıdan rohinca müsəlmanları üçün yaşayış sahələri ayırmağı öhdəsinə götürür.