Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək


Dünya 16 Yan 2018 12:12:46 271 0

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

Hülusi Akar ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akara ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.

“Report” TRT-yə istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq. 

Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.

Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.

Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin toplantısı keçiriləcək.

ABŞ terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-dən ibarət 30 minlik “qoşun” qurmaq niyyətindədir.