Ata milyonçu müğənni,


Digərləri 16 Yan 2018 12:18:00 279 0

Ata milyonçu müğənni,

Atamın dünyaca məşhur sənətçi, milyonçu olması faktdır. Amma bu da faktdır ki, mən yoxsul, evsiz-eşiksiz insanam.

29 yaşlı Conatan Berkeri belə deyir. O, ABŞ-ın Nyu-Cersi ştatında evsizlər üçün sığınacaqlardan birində yaşayır.

Conatan "Con Cons" təxəllüsü ilə çalışan musiqiçi olduğunu da vurğulayır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Conatanın sözlərinə görə, atası ondan imtina etsə də, atası ilə görüşmək istəyir: "Atam qocadır, yaşlıdır. Nə qədər gec deyil, onunla görüşməyi, bir araya gəlməyi arzulayıram".

Conatanın atası isə dünyanın ən məşhur sənətçilərindən biri, britaniyalı ser Tom Consdur.

77 yaşlı Tom Cons multimilyonçudur, onlarla lüks apartamenti, villası və malikanəsi var. Oğlu isə sığınacaqda gecələyir.

Tom Cons ötən həftə Los-Ancelesdəki villasını 9 milyon dollara satıb.

Əfsanəvi müğənninin dediyinə görə, xanımı Linda 2016-cı ildə ağciyər xərçəngindən vəfat edəndən sonra Los-Ancelesdəki villada yaşaya bilməzdi.

Bu səbəbdən də 5 yataq və 7 vanna otağı olan villa satılıb.

Conatan Berkeri isə Nyu-Cersidəki sığınacağı özünə ev sayır.

Dediyinə görə, hər axşam sığınacağa gələn 30 evsiz-eşiksiz insanı qabaqlayaraq özünə adyal tapanda bəxtəvər olur.

"Atamla indiyədək bir dəfə də görüşməmişəm. Mənə bir dəfə də zəng vurmayıb, hədiyyə və ya açıqca yollamayıb. Lakin ümid edirəm ki, atam nə zamansa mənimlə görüşmək istəyəcək", - Conatan söyləyib.


Xəbərə aid fotolar