Yerevanda taksi sürücüləri etiraz tətili keçirirlər


Dünya 16 Yan 2018 11:43:43 280 0

Yerevanda taksi sürücüləri etiraz tətili keçirirlər

Sürücülər yanvarın 16-da işə çıxmayıblar

Ermənistan paytaxtı Yerevanda işləyən marşrut taksilərinin sürücüləri yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq tətil keçirirlər. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, sürücülər yanvarın 16-da işə çıxmayıblar.

Onlar dizel yanacağının qiymətinin qalxmasına etiraz edirlər. Sürücülər bildiriblər ki, yanacağın bahalaşması onların qanzacının azalmasına səbəb olub.